Tabutda hansı futbolçuları aparmaq istəyir?
Tabut apararkən rəqs edən
və "instaqram”da məşhurlaşan şəxslərdən biri – Bencamin Aydu futbol barədə
danışıb.
Kaspi.az xəbər verir ki,
Bencamin hansı futbolçunu dəfn etməyi arzuladığını da bildirib. O, aparacağı
tabutda Ronaldinyonun olmasını istəyir:
"Mən hər kəsə uzun və
sağlam ömür arzulayıram. Amma təbii ki, futbolçularla bağlı belə bir arzum var.
Ronaldinyonu son mənzilə yola salmaq istərdim.
Ondan sonra isə
Maradonanı, daha sonra Messini dəfn edərdim. Ronaldinyonun oyunu mənim üçün
qeyri-adi olub. Bu, bir rəqqasın futbol rəqqasına ödəyəcəyi borc olardı”.
Tabut apararkən rəqs edənlər
qanalılarıdr. Bu ölkədə ölmüş şəxsi dəfn edərkən rəqs etmək və mahnı oxumaq adətdir.