• cümə, 29 Mart, 05:44
  • Baku Bakı 7°C

Sözün sehrinə düşənlər - Reportaj

01.10.16 10:27 2777
Sözün sehrinə düşənlər - Reportaj
Hər bir insanın danışıq tərzi onun biliyindən, savadından xəbər verir. Buna görə də efir, səhnə, film, serial məkanında istədiyin kimi danışmaq düzgün deyil. Amma təəssüf ki, bu gün efir məkanımızda qərar tutan bir çox aparıcıların danışıq tərzi və üslubları ədəbi dilin normalarından xeyli kənara çıxır.
Televiziya sahəsində belə halların baş verməsinin səbəbləri çoxdur. Misal üçün, efir rəhbəri aparıcı seçərkən peşəkarlığa üstünlük vermir, yaxud da aparıcılar bir az əziyyət çəkib öz üzərilərində çalışmırlar. Bəlkə bu istiqamətdə doğru-düzgün təhsil proqramı və ya metodika yoxdur? Var...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir-birindən istedadlı pedaqoqlar, qiraət ustaları tələbələrə elə ilk gündən "Səhnə danışığı” dərsini keçirlər. Həmin dərslərin birində biz də qonaq olduq. Şahidi olduğumuz bəzi məqamları sizinlə də paylaşmaq istəyirik.
Əvvəla, onu qeyd edək ki, hazırda universitetin əsas korpusunda təmir işləri getdiyindən tədris "Kulturologiya” korpusunda, teatrın nəzdində yerləşən "Səda Tədris” mərkəzində və 158 №-li məktəbdə keçirilir. Biz də məhz sözügedən məktəbdə əməkdar artist, universitetin Səhnə danışığı kafedrasının dosenti, bədii qiraət ustası Ağalar Bayramovun dərsində qonaq olduq. Daha doğrusu, "Teatr, kino aktyoru” fakültəsinin birinci "C” kursunda dərsin dinləyicisinə çevrildik.
Hər zaman səhnədən qiraət ustası kimi tanıdığımız Ağalar Bayramovu bu dəfə pedaqoq kimi gördük. O, tələbələrə səsin, sözün sehrindən danışaraq, səhnədə onlara əyani şəkildə nəfəsin tənzimlənməsi dərsini keçirdi. Pedaqoq tələbələrinə aşılayırdı ki, anlaşılmaz tələffüz, sürətli danışıq, nitqdəyerlişivə vədialektünsürlərinin işlədilməsi, sözlərin axırının udulması,buvəyadigər səsin məxrəcinin dəqiq olmamağı vəs. mətnin məzmununun dinləyicilər tərəfindən qavranılmasınaəngəl törədir. Doğrudanda, məhzbucürdanışıq qüsurları, hərcürfizikifakturayamalikolanistənilən teatrartistininbütünsəylərini heçə çıxara bilər.
A.Bayramov tələbələrlə üçüncü görüşünün olduğunu nəzərə alaraq, bu sənətin əlifbasından başlayıb. Deyir ki, uşaq birinci sinfə gedəndə ilk olaraq əlifbanı öyrənir. Tələbələrin də yanvar ayına qədər əsas məşğələləri tənəffüs məşqləridir. Belə ki, buraya düzgün nəfəs alma, danışaraq nəfəs alma və digər danışıq texnikası daxildir. Bu, xüsusən də aktyorlar üçün ən vacib məsələlərdəndir. Düzgün nəfəs almasan, danışarkən fasilə verməsən, nitq rəvanlı alınmaz: "Biz danışarkən tələsməməyi, səhnədə səsin qurulmasını tədris edirik. Birinci kursda tələbələrə yalnız nəfəs üzərində işləməyi öyrədirik. İkinci, üçüncü kurslarda mətn üzərində işləmək, monotip və pafoslu danışıqlar keçirilir. Bu semestr sizinlə tənəffüs məşğələlərini və danışıq texnikasına yiyələnməyi öyrənəcəyik. Əsas məsələ səsin registrini əldə etməkdir”.
Aktyor üçün səsin yerində olmamağının ən böyük fəlakət olduğunu deyən qiraət ustası işin praktiki hissəsini uşaqlara belə əxz etdi: "Aktyor səhnədə hətta pıçıltı ilə danışsa belə, ən arxa cərgədə oturan tamaşaçı eşitməlidir. Bunun üçün siz tələbələrdən xüsusi məşqlər tələb olunur. Danışıq texnikasını mənimsəmək vacibdir. Bu məşğələlərin də əsas ali qayəsi ondan ibarətdir ki, səs qurulub hazır vəziyyətə gətirilməlidir. Səs qurulmayanda istər səhnədə, istərsə də efirdə aktyorla tamaşaçı arasında heç bir ünsiyyət yaranmır. Ancaq səs qurulanda hər şey gözəl olur. Biz ilk olaraq sizinlə fasilə ilə nəfəs almağı öyrənəcəyik. Nəfəs almadan danışanda təngnəfəslik yaranır, fikir yayınır. Hətta xanəndələr də ifaya başlamazdan öncə səsi qururlar. Bunlar birinci kursdan mənimsənilməlidir. Səs qurulandan sonra daha böyük mətnlər, təmsillər üzərində çalışacağıq. Gələcəkdə isə sizə səhnə danışığının sirlərini öyrədəcəyəm. Stanislavski deyir ki, danışmaq özü bir elmdir. Adi həyatda normal danışırıq. Ancaq səhnə müqəddəsdir. Səhnə cazibəlidir. Səhnədə başqasının ədəbi materialını oynayırsan. Gör necə danışmalısan ki, o insanı özününküləşdirəsən. Səhnə danışığı böyük bir elmdir”.
Dərs prosesi zamanı tələbələrin rahat geyimdə olması da diqqətimizi çəkdi. Belə ki, bu geyimdə onlar rahatlıqla hoppanır, səs çıxarır, müəllim tələb etdikdə, mətni uzanaraq da səsləndirirdilər. Onlar hər hansı bir sözü 3-4 formada deyir, saitləri hər dəfə xüsusi vurğulayaraq səsləndirirdilər. Həmçinin eyni sözü sevincli, kədərli, həyəcanlı, tələsik şəkildə ifadə edirdilər.
Dərs müddəti bitdikdən sonra A.Bayramovla tələbələrin bu sənətə olan marağı barədə danışdıq. Pedaqoq dedi ki, müəllim üçün əsas meyar şagirddə istəyin olmasıdır: "Bu qrupun uşaqları istedadlıdırlar. İçlərində bir qorxu var. Dərsə qarşı laqeyd, biganə deyillər. Əsas odur ki, onların qəlbində bu sənətə qarşı məhəbbət var. Dərsim üçün darıxırlar”.
"Səhnə danışığı”nın bir əhval dərsi olduğunu vurğulayan qiraət ustasından pedaqoqluğun ona çətin gəlib-gəlmədiyini də xəbər alırıq: "Pedaqoq ona deyirlər ki, hər şagirdin dilini tutmağı bacarsın. Mən bu sənəti sevirəm. İki saat ərzində tələbələrə nəsə öyrətməyə çalışıram. Uşaqlarla işləmək üçün həm də yaxşı psixoloq olmalısan. Gərək birinci, tələbə ilə dost olasan. Bu, sənət dərsidir. Tələbələrlə dost olmasam, ünsiyyət qurmasam, bu fənni heç cür tədris edə bilmərəm”.
Bu iki saat ərzində anladıq ki, heçbirsəsgücləndirici vəsintezedicitexniki vasitə olmadansənətçi ilə dinləyici vəyatamaşaçı arasındabaştutancanlı ünsiyyətinsanlaradahaçoxtəsiredirmiş. Başqa sözlə, səhnə danışığıyüksəkinsaniideya-estetiközəlliklərin formalaşmasında müstəsnaroloynayır.Bubaxımdan, əlbəttəki, dünya durduqca aktyor-tamaşaçı canlı ünsiyyətinə dəehtiyacolacaq vəbusahənin öyrənilməsi dəaktualolaraqqalacaq.
Hesab edirik ki, aktyor və aktrisalarla yanaşı, televiziya aparıcıları da səhnə danışığı bacarıqlarına yiyələnsələr, mətbuatın haqlı qınağından qurtularlar.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər