• cümə axşamı, 25 aprel, 04:41
  • Baku Bakı 19°C

Syomin Azərbaycan dilində danışdı: “Növbəti mövsüm avrokuboklarda oynayacağıq“

17.09.13 16:11 1269
Syomin Azərbaycan dilində danışdı: “Növbəti mövsüm avrokuboklarda oynayacağıq“
Azerisport.az sizi “Qəbələ”nin baş məşqçisi Yuri Syominin müsahibəsi ilə tanış edir.
- Siz Kiyev “Dinamo”su, Moskva “Lokomotiv”i kimi klubları çalışdırmısız, indi isə “Qəbələ”də işləyirsiz. Yeni komandanızı onlardan hansına bənzətməyə çalışırsız?

- “Qəbələ”nin öz stili olmalıdı. Çünki burada tamamilə fərqli futbolçular, başqa mentalitet var. Xüsusilə Azərbaycan futbolunun öz ənənələrini qeyd etmək lazımdı. Ona görə də “Qəbələ”ni hansısa başqa kluba bənzətməyin mənası yoxdu. Hər bir komandanın öz yolu olmalıdı.
- “Qəbələ”nin çempionata startını necə qiymətləndirirsiz? Hər şey istədiyiniz kimi gedir, yoxsa hansısa dəyişikliklər etməyə ehtiyac duyursuz?

- Dəyişiklik həmişə var və bu proses davam edəcək. Bunda yeni heç nə yoxdu. Hərdən futbolçular ağır zədə alırlar və buna görə mütləq dəyişiklik etmək lazım gəlir. Yeni mövsümə necə start verməyimizə gəlincə, liderlər qrupundayıq, kifayət qədər normal xal toplamışıq. Amma mənim fikrimcə, uduzduğumuz iki oyunda məğlubiyyətə layiq deyildik. Həmin oyunlarda öz imkanlarımızdan lazımınca istifadə edə bilmədik.
- “Qəbələ” avrokuboklara düşə biləcək?

- Əlbəttə. Qarşımıza məhz belə hədəf qoyulub. Bunun üzərində çalışırıq.
- Çempionatımız ildən-ilə inkişaf edir. Sizcə, Azərbaycan Premyer Liqası yaxın illərdə hansı ölkə çempionatı səviyyəsinə qalxa bilər?

- Azərbaycan Premyer Liqasının perspektivi çox yaxşıdı. Burada futbolun çox sevildiyini, böyük pulların yatırıldığını görürəm. Müsbət məqamlardan biri ondan ibarətdi ki, bu pullar daha çox infrastrukturun yaxşılaşdırılmasına, uşaq futboluna qoyulur. Qəbələdə, Bakıda necə gözəl uşaq futbol məktəblərinin olduğuna diqqət yetirin. Ona görə bu gün də olmasa, sabah bu işlər mütləq öz nəticəsini verəcək. Hazırda yeganə üzücü məqam insanların stadiona az gəlməsiylə bağlıdı. Mən vaxtilə Azərbaycanda stadionların necə tam dolduğunu yaxşı xatırlayıram. İndi də Azərbaycan futbolunun səviyyəsi pis deyil.
- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun ilin sonunda yığmamızdan gedəcəyi bildirilir. Onu əvəzləmək istərdiniz?

- Mən bu suala cavab verməyəcəm.
- Azərbaycanda necə yaşayırsız? Uyğunlaşa bilmisiz?

- Azərbaycan indi daha yaxşı ölkəyə çevrilib. Mənim fikrimcə, Bakı ən gözəl şəhərlərdən biridi. Burda çoxlu yeni tikililər, gözəl binalar var. Şəhər təmizdi. Qəbələ də son dərəcə gözəl şəhərdi. Fikrimcə, bura gələcəkdə Azərbaycanın ən yaxşı kurort şəhərlərindən biri olacaq. Gözəl otellər var. Kislovodskda olduğu kimi, buranın özünəməxsus iqlimi var. Yaşamağa gəlincə... ancaq işləyirik.
- Azərbaycan mətbəxi barədə nə deyə bilərsiz?

- Mən balıq yeməklərinə üstünlük verirəm. Balıq və aş sevimli yeməklərimdi. Xüsusilə aşı burada müxtəlif cür hazırlayırlar və çox dadlı olur.
- Azərbaycan dilində nəsə öyrənə bilmisiz?

- Bu gün üçün Azərbaycan dilində bildiklərim ancaq “salam, sağ ol, görüşənədək” sözlərindən ibarətdi. Axı Azərbaycan dili asan deyil.
- Azərbaycan dilində nəsə deyə bilərsiz?

- Sağ ol (gülür).
- Azərbaycanın digər şəhərlərini də gəzirsiz?

- Bizim elə də çox istirahət imkanımız olmur. Məsələn, sonuncu dəfə istirahət götürərkən Qəbələdəki atıcılıq klubuna yollandıq. Mən ilk dəfə yaxşı silahdan atəş açmaq imkanı qazandım. Bakıda olanda isə tennis oynamağı sevirəm.
- Bakıda tez-tez olursuz?

- Bakıda oyunlarımız olanda gəlirik və vaxt olanda bir az qalırıq.
banner

Oxşar Xəbərlər