• çərşənbə axşamı, 16 aprel, 08:48
  • Baku Bakı 14°C

“Şuşam mənim” adlı videoçarx hazırlanıb

27.07.20 10:45 1369
“Şuşam mənim” adlı videoçarx hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Şuşam mənim” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın "Facebook” və "Istagram” sosial şəbəkələrində oxuculara təqdim edilib.
Şuşa milli memarlıq üslubu ilə seçilən mədəniyyət mərkəzi, ədəbiyyatımıza, incəsənətimizə tarixi şəxsiyyətlər bəxş edib, muğamımızın beşiyidir. Buradan Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Rəşid Behbudov, Fikrət Əmirov, Niyazi və digər görkəmli şəxsiyyətlər çıxıb.
banner

Oxşar Xəbərlər