• şənbə, 20 Aprel, 10:43
  • Baku Bakı 14°C

Şuşa istiqamətində yol qəzasında bir hərbçi həlak olub, iki hərbçi yaralanıb

14.01.21 11:50 342
Şuşa istiqamətində yol qəzasında bir hərbçi həlak olub, iki hərbçi yaralanıb
Şuşa istiqamətində hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədəAPA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edənhərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
banner

Oxşar Xəbərlər