• şənbə, 20 Aprel, 09:48
  • Baku Bakı 14°C

Şuşa azad edildikdən sonra düşmənin kapitulyasiyadan başqa çıxış yolu qalmadı - Tarixçi

10.11.20 13:30 415
Şuşa azad edildikdən sonra düşmənin kapitulyasiyadan başqa çıxış yolu qalmadı - Tarixçi
Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiyadan başqa çıxış yolu qalmadı.
Bunu Trend-ə tarixçi Cavid Yusub deyib.
Onun sözlərinə görə, dünya hərb tarixi də belə ağır itkilərə məruz qalmış tərəfin məğlub hesab olunduğunu, təslim olaraq hərbi əməliyyatları dayandırdığını göstərir.
C.Yusub əlavə edib ki, psixi durumu heç də sabit olmayan Nikol Paşinyanın əmrləri ilə hərəkət edən işğalçı dəstələr müharibənin başlanıldığı andan - sentyabrın 27-dən etibarən məğlubiyyətdən başqa bir şey gözləmirdilər. Sadəcə olaraq, səfalət içində boğulan, qərb ölkələrindəki lobbisi vasitəsi ilə dilənçilik edən Ermənistanın hərbi-siyasi rəhbərliyi sadə vətəndaşlarını zorla, dəstə-dəstə ölümə göndərirdi:"Artıq Qarabağın separatçılar tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulur. Azərbaycan Ordusu saysız istehkamlara, əlverişsiz hava şəraitinə və dağlıq ərazidə yerləşməsinə baxmayaraq, Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşada terrorçu və işğalçı düşmən qoşununu darmadağın edərək şəhəri azad etdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəklikdə yerləşən, strateji baxımdan olduqca önəmli olan bu qədim şəhərimizi minimum itki ilə, mükəmməl taktika əsasında azad etdi".
Tarixçi hesab edir ki, ümummilli lider Heydər Əliyevin işini qürurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətini müasir siyasətin heç bir fiquru ilə müqayisə etmək olmaz. Belə ki, o, bütün hadisələri qabaqcadan görür və qələbənin əldə edilməsi üçün bütün lazımi diplomatik addımları vaxtında ata bilib. Bəzi ölkələrin hədələrinə qarşı duran Prezident İlham Əliyev bu müharibədə Azərbaycan xalqının iradəsinin son dərəcə güclü olduğunu da sübut etdi:"Prezident İlham Əliyevin apardığı strategiya ölkəmizin tarixinə çox bağlıdır. Vaxtilə öz Vətəninə sevgiylə yanaşan ümummilli lider Heydər Əliyev bütün azərbaycanlıları birləşdirdi. İndi məhz Azərbaycanın lideri İlham Əliyev bütün dünya azərbaycanlılarının və Azərbaycanın tarixi torpaqlarının müdafiəçisidir".

banner

Oxşar Xəbərlər