• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

Sürücülərin nəzərinə: Həsən Əliyev küçəsinin bir hissəsi bağlanacaq

10.06.14 13:51 1428
Sürücülərin nəzərinə: Həsən Əliyev küçəsinin bir hissəsi bağlanacaq
Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır.
P.Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.
Qeyd edək ki, həmin yolda hərəkət 4 gün əvvəl məhdudlaşdırılmalı və təmir işləri başlanmalı idi. Lakin ərazidəki orta məktəblərdə keçirilən buraxılış imtahanlarına görə bu iş təxirə salınmışdı
banner

Oxşar Xəbərlər