• cümə axşamı, 25 aprel, 10:36
  • Baku Bakı 14°C

Sürücülər üçün zəngli papaq yaradılıb - Özəlliyi?

12.11.17 16:50 674
Sürücülər üçün zəngli papaq yaradılıb - Özəlliyi?
"Ford” şirkəti tərəfindən sürücülər üçün zəngli papaq yaradılıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, xüsusi papağa sürücü "mürgüləyən” və ya artıq yuxuya gedən zaman avtomatik işə düşən zəngli saat quraşdırılıb.
İxtiraçılar beyzbol papağına nəzarətçi, akselerometr, qiroskop və parlaq işıq diodu quraşdırıblar. Sürücü yuxuya gedən kimi, onun başı həmişəkindən aşağı enir. Bu zaman işə düşən ötürücülər məlumatı dərhal emal edərək səs siqnalı verir və parlaq fənər sürücünün üzünə işıq saçır.
banner

Oxşar Xəbərlər