• şənbə, 20 Aprel, 04:08
  • Baku Bakı 15°C

Suriya XİN Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini pisləyib, BMT-yə müraciət edib

24.08.16 19:39 804
Suriya XİN Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini pisləyib, BMT-yə müraciət edib
SuriyaXarici İşlər Nazirliyi(XİN) Türkiyə Ordusunun "Fırat Kalkanı” əməliyyatı adı altında Suriyaya daxil olmasını pisləyən bəyanat yayıb.

APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Türkiyə tanklarının Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir vəSuriyabunu sərt şəkildə qınayır.

XİN Türkiyənin Suriyaya qarşı təcavüzünün qarşısını alması üçünBMT-nin tədbir görməsini tələb edib.

Xatırladaq ki, Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddənSuriyaərazisinə keçib. Tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir. TürkiyəHavaQüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.
banner

Oxşar Xəbərlər