• çərşənbə axşamı, 23 aprel, 20:17
  • Baku Bakı 20°C

Suriya ABŞ-ın döyüş təyyarəsini və raketlərini vurub

02.09.13 13:52 1590
Suriya ABŞ-ın döyüş təyyarəsini və raketlərini vurub
Avqustun 31-də Suriya Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ-ın “F-22” döyüş təyyarəsini və 4 ədəd Tomaqavk raketini vurub.
Lent.az-ın “əl-Manar” telekanalına istinadən verdiyi məlumata görə, döyüş təyyarəsi və raketlər İordaniya ərazisindən Suriyaya daxil olub.
Təyyarə və raketləri Suriya ordusunun Qabıq batareyası vurub. ABŞ-ın Oklahoma ştatında dərc olunan “Post” qəzeti yazıb ki, böyük ehtimalla məhz bu səbəbdən ABŞ prezidenti Barak Obama Suriyaya hərbi zərbə endirilməsi üçün Konqresdən razılıq istəyir. Barak Obama bununla mümkün itkilərlə bağlı ona yönələcək təzyiqlərin neytrallaşdırılmasına çalışır. Çünki qanunvericiliyə görə, ABŞ prezidentinin Suriyaya hərbi zərbə endirilməsi üçün Konqresin razılığına ehtiyacı yoxdur.
banner

Oxşar Xəbərlər