• cümə, 19 Aprel, 03:43
  • Baku Bakı 18°C

Şuranın dəstəyim ilə “Gənclər narkotiklərər YOX deyirlər!” mövzusunda yürüş keçirilib

19.06.17 12:44 808
Şuranın dəstəyim ilə “Gənclər narkotiklərər YOX deyirlər!” mövzusunda yürüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan "İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyənin icrası uğurla başa çatıb. İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və Astara rayonlarının seçilmiş məktəblərində iki mərhələdə həyata keçirilib.
Layinənin birinci mərhələsi çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta məktəbinin yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub. Tədbirlərdə çıxış edən natiqlər müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər. Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarındanda yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük rolu vardır. Hər iki məktəbdə təşkil olunan seminarlarda fəal iştirak edən məktəblilərdən ibarət qruplar yaradılıb və onlar layihənin ikinci mərhələsindəndə iştirak etmək üçün seçiliblər. Layihənin ikinci mərhələsi –məktəblilərin yürüşü Lənkəran-Astara mağistral avtomobil yoiunun kənarında gerçəkləşib.
Əyinlərində üzərində "Narkotiklərə YOX!” yazısı olan mayka və papaq geymiş, əllərində "Gənclər narkotiklərə YOX deyirlər!” plakatı və dövlət bayraqlarını tutmuş gənclər yol boyu yürüş edərək, "Narkotiklərə YOX deyirik!”, "Biz sağlam həyat tərzin seçirik!” və s. şüarlar səsləndirməklə daha çox insanın diqqətini əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı birgə mübarizəyə çəkməyə çalışıblar. Məktəblilərin yürüşü yol bolu hərəkət edən avtomobil sürücüləri, eləcə də ətraf kəndlərin sakinləri tərəfindən maraqla qarşılanıb. Yürüşü seyr edən vətəndaşlar gənclərlə həmrəy olduqlarını ifadə ediblər. Eyni zamanda məktəblilər onlara narkotiklərlə mübarizəyə dair məlumat xarakterli materiallar da paylayıblar.
banner

Oxşar Xəbərlər