• cümə, 19 Aprel, 04:55
  • Baku Bakı 18°C

Şuranın dəstəyi ilə Xaçmaz rayonunda maarifləndirmə tədbiri keçirilib

19.07.17 11:35 756
Şuranın dəstəyi ilə Xaçmaz rayonunda maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası "Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə çərçivəsində Xaçmaz rayonunda maarifləndirmə tədbiri keçirilib.
Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Xaçmaz Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib VMİ Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Tədbirdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov çıxış edərək, belə bir maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, reproduktiv sağlamlığın əhalinin, o cümlədən övladlarımızın sağlamlığı olduğu, hamilə qadınların mütləq vaxtında həkimə müraciət etmələrinin vacibliyini vurğulayıb.
Eyni zamanda, tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.


banner

Oxşar Xəbərlər