• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Superkuboku təyyarəyə buraxmadılar, yoxladılar...

24.12.19 13:13 532
Superkuboku təyyarəyə buraxmadılar, yoxladılar...
İtaliya superkubokunu qazanan "Latsio” problemlə üzləşib.
Kaspi.az xəbər verir ki, "Yuventus”la qarşılaşma Səudiyyə Ərəbistanında keçirilib. Oyundan sonra İtaliyaya qayıdan "Latsio” futbolçuları aeroportda problemlə üzləşiblər.
Superkuboku komandanın müdafiəçisi Danilo Kataldi götürüb. Yoxlamadan keçərkən təhlükəsizlik qurğusu siqnal verib.
Bundan sonra təhlükəsizlik əməkdaşları superkuboku futbolçu alaraq əl detektoru ilə də ciddi şəkildə yoxlayıblar. Yalnız bundan sonra qəniməti təyyarəyə keçirtməyə icazə veriblər.
"Latsio” klubu məsələ ilə bağlı sosial şəbəkədə zarafatyana paylaşım edib: "Bağışlayın, amma biz bu qəniməti mütləq evə aparmalıyıq”.
"Latsio” Superkubok qarşılaşmasında "Yuventus”a 3:1 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər