• cümə, 19 Aprel, 12:27
  • Baku Bakı 25°C

“Süni yarpaq”lar işıqda dərman sintez edəcək

17.09.19 11:15 578
“Süni yarpaq”lar işıqda dərman sintez edəcək
Niderland Texniki Universitetinin tədqiqatçıları təbiətdə günəş işığını yarpaqlar kimi udan və kimyəvi reaksiya aparan mini reaktor təqdim ediblər.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumatda bildirilir ki, yeni "süni yarpaq” texnologiyasının köməyilə artıq iki dərman növü malyariyaya qarşı "artemizinin” və parazitlər əleyhinə "askaridol” hazırlanıb. Texnologiya kimyəvi reaksiyaların geniş spektrinə asan uyğunlaşır və dəyişən hava şəraitdə sabit istehsalı təmin edir.
Əczaçılıq sənayesinin yükünü azaltmaq üçün dərman vasitələrinin istehsalında mobil və ekoloji "zavodun” yaradılması komandanın əsas məqsədidir.
Yarpaq şəklində olan reaktor orqanik şüşədən hazırlanıb. Alimlərin hesablamalarına görə, bu material işığın daha yüksək sınma göstəricisinə malikdir. Bundan əlavə, onu istehsal etmək daha asan və ucuzdur. Dərmanın istehsalı fotosintez prinsipinə əsaslanır. Günəş işığı yarpağın mikrokanallarından keçən mayelərin molekullarını aktivləşdirir və kimyəvi reaksiya yaradır. Alimlər hava şəraitinin qeyri-sabitliyini də nəzərə alaraq prosesi zəiflədən və sürətləndirən xüsusi sistem hazırlayıblar.
Tədqiqatın müəllifi Timoti Noel bildirib ki, bu texnologiyanın köməyilə dərmanları hər yerdə istehsal etmək olar. Əsas şərt günəş işığıdır.
Komanda il ərzində mini reaktorları sınaqdan keçirmək və istehsal etmək üçün ticarət partnyoru olan əczaçılıq şirkəti tapmağı planlaşdırır.
banner

Oxşar Xəbərlər