• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb

21.01.21 11:37 430
Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb
Sumqayıtda yol-nəqliyyat hadisələri baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "İsuzu” markalı yük avtomobili yol kənarında dayanan "КамАЗ” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqaSumqayıt şəhəri ərazisində "ВАЗ” markalı minik avtomobili və "КамАЗ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

banner

Oxşar Xəbərlər