Sumqayıtda yük avtomobili yanıb
Sumqayıt şəhərində sahibi məlum olmayan "QAZEL" markalı yük avtomobilinin banının yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.