• cümə, 19 Aprel, 03:23
  • Baku Bakı 18°C

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

12.07.20 15:45 835
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.
Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

banner

Oxşar Xəbərlər