Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
Azərbaycan prezidentiİlham ƏliyevSumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezidentİlham Əliyevmuzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Muzeylə tanış olan dövlət başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb.