AZE | RUS | ENG |

Sumqayıtda avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Sumqayıtda avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri zərərsizləşdirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, oktyabrın 8-ə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus "VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyənləşib.
 
Azər Güləliyevin bu ilin iyun-sentyabr aylarında şəhərdə daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da məlum olub.
 
Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əlavə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da üzə çıxıb.
 
Saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyənləşib. Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.
 
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2392
TRY 1 Türk lirəsi 0.2754
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1930
EUR 1 Avro 1.9996
CHF 1 İsveçrə frankı 1.7623
USD 1 ABŞ dolları 1.7000