• cümə, 19 Aprel, 04:23
  • Baku Bakı 18°C

Sumqayıtda ağır qəza ilə bağlı FHN məlumat yaydı

26.05.20 10:52 821
Sumqayıtda ağır qəza ilə bağlı FHN məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində "Saipa” və "Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər