• cümə axşamı, 28 mart, 10:21
  • Baku Bakı 4°C

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

23.02.21 13:00 481
Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.
APA-nın yeli bürosunun məlumatına görə, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədiləSumqayıt şəhərinin müxtəlif küçə
vəprospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
banner

Oxşar Xəbərlər