Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi

Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi

Təfsilat
16 Noyabr 2019, 18:00 1296
"Üstay” şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departmamentinin rəis müavini İbrahim Əhmədov Sumqayıtda zavodda zəhərlənmə ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, əməkdaşlar müayinə üçün "Unikal” klinikasına göndərilib:
"Onlardan 10 nəfəri ambulator müalicəyə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib”.
O bildirib ki, onların özünü pis hiss etmələrinin səbəbi məlum deyil:
"Müəssisələrdə qaz sızması qeydə alınmayıb. Bitişik ərazidə olan SOCAR əməkdaşları özlərini yaxşı hiss edir, heç bir problem müşahidə olunmur”.
Hələlik hadisənin səbəbləri məlum deyil.