• şənbə, 20 Aprel, 16:54
  • Baku Bakı 23°C

Şumaxerin ailəsini təhdid ediblər - Uşaqlarınızı öldürərik

18.05.17 18:39 1025
Şumaxerin ailəsini təhdid ediblər - Uşaqlarınızı öldürərik
Ünlü pilot Mixael Şumaxerin həyat yoldaşı şantaj və təhdidə məruz qalıb.
Komanda.az xəbər verir ki, Şumaxerin həyat yoldaşı Korinna Şumaxer 2016-cı ilin fevralında naməlum şəxsdən məktub alıb. Məktubda belə yazılıb:
"900 min avro verməlisiniz. Əgər pul martın 31-nə qədər bizə çatmasa, onda uşaqlarınızı öldürəcəyik”.
Korinna polisə müraciət edib. Polis təhdidçini elektron ünvanda olan bank hesabı sayəsində həbs edib. 25 yaşlı şəxs günahını boynuna alıb. Onu uzunmüddətli həbs cəzası gözləyir.
Şumaxer 2013-cü ilin dekabrında dağda xizək sürərkən ağır zədə alıb. O, hazırda bərpa prosesi keçirir.
banner

Oxşar Xəbərlər