• cümə, 29 Mart, 18:15
  • Baku Bakı 14°C

Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var - Sergey Şoyqu

21.11.20 18:40 505
Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var - Sergey Şoyqu
Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var.
Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.
Nazir bildirib: "Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.
Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq".
banner

Oxşar Xəbərlər