• cümə, 19 Aprel, 09:33
  • Baku Bakı 13°C

“Sülh göyərçini” müharibə qırğısı rolunda

04.09.20 16:57 2266
“Sülh göyərçini” müharibə qırğısı rolunda
Paşinyan ailəsinin növbəti populizm cəhdi ciddi qəbul olunmur

İşğalçı Ermənistan və onun rəhbərliyi populist qərarları ilə gündəmdə qalmaq siyasətini davam etdirir. Bu dəfə erməni gündəmi baş nazir Nikol Paşinyanın ailəsi ilə bağlı xəbərlərlə tutulub. Rusiyanın "Vestnik Kafkaza” saytı yazır ki, "Dağlıq Qarabağ münaqişəsi zonasında ən qəribə hadisələrindən biri son həftələrdə yaşandı: avqustun 25-31-də Azərbaycanın işğal olunmuş ərazilərində 15 erməni qadın başda baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyan olmaqla hərbi hazırlıq kursu keçdi. Nəşr yazır ki, əllərində heç bir zaman silah tutmayan, ən əsası "Qadınlar sülh uğrunda” təşkilatında üzv olan bu qadınlar Anna Akopyan tərəfindən Ermənistandan çıxarılaraq qanunsuz şəkildə işğal altında olan Azərbaycan torpaqlarına gətiriliblər. Bunu Ermənistan Müdafiə Nazirliyinin "könüllü şəkildə xalq müqaviməti”nin yaradıldığı gün həyata keçiriblər. Beləliklə, Nikol Paşinyanın yeni hərbi layihəsinin icrası istiqamətində ilk addımı məhz onun həyat yoldaşı həyata keçirib”. Nikol bununla Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün nələrə getməyə hazır olduğunu bir daha nümayiş etdirib. "Anna Akopyan təlim meydanında Kalaşnikov avtomatı və hücum tüfəngindən atmağı öyrənib, döyüş taktikasını, müharibə zamanı yaralanan işğalçı dövlətin əsgərlərinə yardım etməyi mənimsəyib. Hərbi aksiyadan çox təbliğat xarakteri daşıyan bu aksiya ilə Akopyanın qrupu Dağlıq Qarabağın separatçı qrupu tərəfindən "dörd” qiymət alıb. Belə ki, "Qadınlar sülh uğrunda” təşkilatının üzvlərindən yalnız beş nəfər öz bacarıqlarını "əla” səviyyədə nümayiş etdirə bilməyib. 15 saniyə ərzində öldürmək tapşırığını yerinə yetirə bilməyib. Yerdə qalanlar isə "orta” qiymət alıblar”, - deyə məqalədə bildirilib.
Baş nazirin xanımının Azərbaycana qarşı təlim aqressiyasında hansı qiyməti aldığına gəldikdə, bu barədə erməni mənbələri susur. Təlim-məşq toplantısı və Azərbaycan ordusuna qarşı hərbi əməliyyatlara başlamaq qərarını şərh edən Anna Akopyan ümidvar olduğunu bildirib ki, "o və digər qadınlar əllərinə silahı müharibə naminə deyil, öz vətənlərini və uşaqlarını qorumaq üçün almağa hazırdırlar”. Lakin nə üçün qadınları məhz işğal altında olan Azərbaycan torpaqlarına apardığını izah edə bilməyib. Yəni elə bu təlimləri Ermənistan ərazisində də aparmaq mümkün idi. Rusiya nəşri yazır ki, Qarabağ nə Paşinyanın xanımının, nə də uşaqlarının doğulub başa çatdığı yerdir. Digər tərəfdən, aksiyanın mahiyyəti bəllidir: baş nazirə könüllülər ordusuna vətəndaşları cəlb etmək üçün güclü start gərəkdir. Əhaliyə nümayiş etdirmək istəyir ki, Azərbaycan torpaqlarını işğal etmək üçün heç nəyindən keçməyəcək. Hətta baxın, simvolik olaraq qoşunların təmas xətinə öz həyat yoldaşını belə göndərir. Bu zaman onu bu təlim aksiyasının mənfi fəsadları belə, narahat etmir. Belə ki, Anna Akopyan könüllülər dəstəsinin başında durmaqla və ora birinci yazılmaqla Azərbaycanın dinc vətəndaşlarının yaşadıqları kəndlərə atəş açır. Eləcə də, əgər müharibəyə qadınları göndərirsə, demək Nikol Paşinyan artıq kişilərə etibar etmir. Digər tərəfdən, təlim aksiyasının mahiyyəti sürətlə itir. Rəsmi Yerevan bununla göstərmək istəyir ki, Azərbaycanla sülh danışıqları aparmaq üçün masaya oturmaq niyyətində deyil. Ermənistan bir tərəfdən bəyan edir ki, diplomatik prosesə sadiqdir, digər tərəfdən də əhalini döyüş əməliyyatlarına hazırlayır. Bu da məntiqə uyğun gəlmir. Sadə vətəndaşların müharibə hazırlanması erməni mövqelərinin zəifliyinin nəticəsidir - həm hərbi nöqteyi-nəzərindən, həm də danışıqlar prosesi baxımından. Anna Akopyanı başına bir dəstə qadın yığıb hərbi formada fotolar çəkdirməsinin yekunu budur ki, rəsmi Yerevanın işğalçılıq siyasətini heç də əhalinin böyük əksəriyyəti yaş və cinsindən asılı olmayaraq dəstəkləmir. Bu həm də o deməkdir ki, işğalçı respublikanın mövcud status-kvonu saxlamaq üçün resursları tükənir. Arvadını Azərbaycanla müharibə aparmaq üçün yollayan Nikol Paşinyan etiraf edib ki, nizami orduya onun ümidləri yoxdur. Bununla da növbəti dəfə zəiflik nümayiş etdirmiş olub. Erməni silahının zəif olduğunu ucadan deməyə başlayıb və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olan hər kəs də bu etirafı eşitdi.
Ermənistan rəhbərliyinin yeni populizmini şərh edən
erməni hüquq müdafiəçisi, "Qadınlara qarşı zorakılıq əleyhinə koalisiya”nın koordinatoru Zaruhi Ovannisyan öz "facebook” səhifəsində yazıb ki, "Anna Akopyanın militarist - komuflyajla, silah-zirehlə, ot üzərində sürünən fotosunu qəbulolunmaz hesab edən yalnız mənəm? Sülh fəlsəfəsinə zidd olan bu maskarad olduqca xoşəgəlməz, kədərli və uydurmadır. Yeri gəlmişkən, sülh çağırışı da təsəvvürlər və dəyərlər sahəsində deyildi, güllələrdən bəzəklər hazırlamağı və satmağı hələ deməyim”. Əlavə edib ki, "Anna Akopyanın "hərbi-vətənpərvər və super döyüş” fotoları internetin bir nömrəli mövzusuna çevrilib. Dünən qadınları toplayaraq sülh təbliğ edən, güllələrdən bəzəklər hazırlamaq istəyən bir qadını silahla görmək ən azından qəribədir. Bəlkə də bu fotosessiya təhdiddir ki, nəyin bahasına olursa-olsun, hətta silah bahasına hakimiyyəti qoruyub saxlayacağıq. Silahın hədəf və ünvan sahibinin kim olduğunu, kimə tuşlandığını müəyyənləşdirmək qalır”.
Maraqlıdır ki, baş nazirin arvadının "hərbi-vətənpərvər və super qəhrəman” şəkilləri internetdə də bir nömrəli mövzuya çevrilib. "Hraparak” nəşri yazır ki, Annanın gülünc şəkil alan silah uyğunsuzluğu və ordunu gülünc bir şouya alət edilməsi başqa mövzudur. "Biz bundan danışmaq istəmirik. Dünən qadınları toplayaraq barışıq təbliğ edən, güllələrdən zərgərlik əşyası kimi istifadə etmək istəyən qadını, silahlı bir adam kimi görmək ən azından qəribədir və bu gün həmin şəxs silahla böyük bir şou təşkil edir”.
Ekspertlər diqqəti ona yönəlirlər ki, hakimiyyətin populist, kütləni ələ almaq cəhdlərinin arxasında bir məqsəd var. Diqqəti sosial problemlərdən yayındırmaq. Ermənistanın "Milli gündəm” partiyasının həmtəsisçisi, şura üzvü İqor Zarqaryan da bu qənaətdədir. "Ermənistan Statistika Komitəsinin məlumatlarının nəşr olunmasından sonra məlum olub ki, Ermənistanda mövcud olan böhrandan cəld çıxmaq ümidləri, yumşaq desək, real deyil. Ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanın iqtisadi göstəricilərinin nəzərəçarpacaq enişi haqqında bir çox ekspertlərin öz fikirlərini bildirdikləri və müvafiq rəqəmləri təqdim etdikləri üçün bu məqalədə bu məlumatları təkrarlamayacağam. Bu ilin martından bəri yaranmış, daha doğrusu, aprel ayından başlamış, bu günə qədər davam edən real problemlər baxımından Ermənistanın iqtisadiyyatında bugünkü meylləri və reallıqları başa düşmək vacibdir”, - deyə o qeyd edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər