• çərşənbə, 24 Aprel, 19:50
  • Baku Bakı 23°C

Sükan arxasında siqaret çəkən 235 sürücü cəzalandırılıb

29.12.19 14:15 597
Sükan arxasında siqaret çəkən 235 sürücü cəzalandırılıb
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, layihənin icra edildiyi 4-cü rübün sonunda avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.
Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
banner

Oxşar Xəbərlər