• çərşənbə, 24 Aprel, 01:33
  • Baku Bakı 14°C

Strateji valyuta ehtiyatlarımız 3 illik idxala kifayət edir - Açıqlama

14.08.13 13:43 1412
Strateji valyuta ehtiyatlarımız 3 illik idxala kifayət edir - Açıqlama
«APA-Economics»in xəbərinə görə, bu barədə Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı «Pul siyasəti icmalı»nda deyilir.
İcmala əsasən, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən 8,8% artaraq 12,7 mlrd. ABŞ dollarına çatıb ki, bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
İcmalda deyilir ki, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır. Ümumilikdə strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü "makroiqtisadi bufer" formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyi əlverişlidir.
banner

Oxşar Xəbərlər