Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq

Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq

Təfsilat
14 Noyabr 2019, 16:00 1235
Azərbaycan və UNESKO arasında xüsusilə də təhsil sahəsində çox yaxşı əlaqələr var. Bu il diqqəti daha çox ali təhsil sahəsinə yönəltmişik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO baş direktorunun təhsil üzrə müavini Stefaniya Giannini söyləyib.
S. Ciannini ikitərəfli əməkdaşlıqdan söz açaraq, Baş Konfrans çərçivəsində keçirilən nazirlər panelində müzakirə olunacaq ali təhsil kvalifikasiyasının tanınmasına dair "Qlobal konvensiya”ya toxunub. Bildirib ki, Azərbaycanın təhsil naziri də inklüzivlik və mobilliyə dair nazirlər panelində çıxış edəcək və qlobal konvensiya ilə bağlı müzakirələrə qatılacaq.
"Əminəm ki, bu yeni konvensiyanın qəbulu bütün sahələrdə ikitərəfli əlaqələrimizə öz töhfəsini verəcək və əməkdaşlığımı daha da möhkəmlənəcək. Azərbaycanla əməkdaşlıqda maraqlıyıq”,-deyə S. Ciannini diqqətə çatdırıb.