AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Stanislavski mövsümü” X Beynəlxalq Teatr Festivalı başladı

“Stanislavski mövsümü” X Beynəlxalq Teatr Festivalı başladı

03 Oktyabr 2014, 12:39 1162
Oktyabrın 3-də Moskvada ənənəvi “Stanislavski mövsümü” X Beynəlxalq Teatr Festivalı start verir. 2004-cü ildə Stanislavski fondu tərəfindən yaradılan “Stanislavski mövsümü” Beynəlxalq Teatr Festivalı 2006-cı ildən etibarən hər il keçirilir.

Festival hər il Rusiyanın və xarici teatrların ən yaxşı tamaşalarını, son illər “Stanislavski mükafatı”na layıq görülmüş məşhur rejissoru və rəssamları, “Stanislaski sistemi”ni inkişaf etdirən, rus psixoloji teatrının ənənələrinin parlaq ardıclılarını və eyni zamanda dünya səhnəsinin aparıcı ustadlarını Moskvaya toplayır. “Stanislavski mövsümü” Festivalı 2 proqramdan - Əsas və Moskva proqramlarından ibarətdir. Bu il Festivalın Əsas proqramında Rusiya ilə yanaşı, Yaponiya, Litva, və Belçikanın tanınmış teatrları da iştirak edir.

3-18 oktyabr tarixində gerçəkləşəcək builki Festival oktyabrın 3-də “Luna Teatrı”nda oynanılacaq, yaponiyalı rejissor və dramaturq Toşiki Okadanın quruluş verdiyi “Vanilli arzu” tamaşası ilə açılacaq. Tamaşa yapon dilində olsa da, rus dilində altyazı ilə müşayiət olunacaq. 40 yaşlı Toşiki Okada Yaponiyada rejissor, dramaturq, romançı kimi tanınır. Onun “Chelfitsch” teatr kompaniyasında qoyduğu tamaşalar Tokioda, Parisdə, Brüsseldə, Sinqapurda nümayiş olunub. Əsərin dünya premyerası 2014-cü ilin may ayında Almaniyadakı “Dünya teatrı” festivalında göstərilib.

Növbəti tamaşa oktyabrın 7-də V.Şekspirin “V Henrix” olacaq. Tamaşa italiyalı rejissor Pippo Delbononun improvizəsində rus aktyorlarının iştirakı ilə oynanılacaq. İtaliyan dilində olan tamaşa rus dilində altyazı ilə gedəcək. Bu tamaşa da “Luna Teatrı”nda nümayiş olunacaq.

10-11-12 oktyabr – festivalın növbəti qonaqları - Belçikanın “NTGent” Teatrı A.P.Çexovun pyesi əsasında “Platonov” tamaşasını təqdim edəcəklər. Tamaşa A.S.Puşkin adına Teatrda Lyuk Persevalın rejissorluğu ilə göstəriləcək. Tamaşa holland dilində olsa da altyazı rus dilindədir.

“Hər yaz generalın dul arvadı Anna Petrovna dostlarını, tanışlarını və qohumlarını ətrafına yığaraq, onları ayrı salan uzun qış aylarının həsrətini çıxarırlar. Həmçinin keçən ilə nisbətən nəinsə çox az dəyişdiyini qeyd edirlər...lakin bu il keçən ildən fərqlənir. Platonovun həmkursu və dostu, Anna Petrovnanın ögey oğlu Sergey Vaynitsev evlənməyə hazırlaşırlar. Onun sevgilisi Sofiya Platonovun gənclik sevgisidir. Sofiyanın gəlişi ilə o, həyatının necə dəyişdiyini və eyni zamanda öz həqiqətini başa düşür”.

16,17,18 oktyabr – baş tutacaq fesivalın növbəti qonaqları Litva “Meno Fortas” Teatrı olacaq. A.S.Puşkin adına Teatrın səhnəsində oynanılacaq tamaşa rejissor Eymuntas Nyakroşyusun quruluşunda “İncil”in motivləri əsasında “İovanın kitabı” oynanılacaq. Tamaşa fasiləsiz 1saat 40 dəqiqədir.

16,17,18 oktyabr –A.P.Çexov adına MXT-nın səhnəsində Sankt –Peterburq MDT –Avropa Teatrının təqdimatında A.P.Çexovun “Albalı bağı” əsərinin tamaşası oynanılacaq. Səhnə kompozisiyasının və quruluşun müəllifi Lev Dodindir. Tamaşanın musiqilərində J.Tibo, P.Mizraki və İ.Ştrausun əsərlərindən istifadə edilib. Lev Dodin İlk dəfə 20 il əvvəl quruluş verdiyi A.P.Çexovun dünyaşöhrətli “Albalı bağı”na yenidən müraciət edib. 2014-cü ildəki “Albalı bağı” ilk tamaşanın eyni redaksiyası deyil, tamamilə yeni quruluşdur.

Festivalın Moskva proqramı noyabrın 5-dək davam edəcək.

Nigar Pirimova
teatrşünas