Stadionda oyuncaq “yağdı”

Stadionda oyuncaq “yağdı”

İdman
17 Sentyabr 2019, 13:30 143
Hollandiyanın "Den Haaq” klubunun fanatları xeyriyyə aksiyası keçiriblər. 
 
Kaspi.az xəbər verir ki, aksiya "Feyenord”la səfər qarşılaşmasında keçirilib. "Feyenord” rəhbərliyi hər qarşılaşmaya Rotterdam xəstəxanasında müalicə alan uşaqları dəvət edir. Uşaqlar stadionda qonaq komandanın fanatları üçün ayrılmış sektorun yanında yerləşdirilir. 
 
"Den Haaq” fanatları uşaqlar üçün oyuncaq "yağışı” təşkil ediblər. Onlar arenaya gətirdikləri yumşaq oyuncaqları uşaqlara tərəf atıblar. 
 
Qarşılaşma "Feyenord”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.