• cümə, 29 Mart, 01:58
  • Baku Bakı 7°C

Stadiona “Sevilya”nın formasında gəldi, qovdular

11.02.20 13:22 1930
Stadiona “Sevilya”nın formasında gəldi, qovdular
"Sevilya”nın azyaşlı fanatı "Betis” – "Barselona” oyununa baxmaq üçün stadiona gəlib.
Kaspi.az xəbər verir ki, onun əynində "Sevilya”nın futbolçusu Dieqo Karlosun forması olub. Yeniyetmədən tələb ediblər ki, formanın üstündən başqa köynək geyinsin.
O, bu tələbi yerinə yetirib. Ancaq stadionun mühafizəçiləri bundan sonra da onun stadionda qalmasını təhlükəli hesab ediblər. Ona görə də azarkeşdən stadionu tərk etməyi tələb ediblər.
Eyni şəhərin təmsilçisi olan "Betis”lə "Sevilya” arasında gərgin rəqabət var. Bu komandalar öz aralarında indiyə qədər 130 oyun keçiriblər. 6 oyunda "Sevilya”, 38 qarşılaşmada "Betis” qalib gəlib.
banner

Oxşar Xəbərlər