• çərşənbə, 24 Aprel, 14:49
  • Baku Bakı 27°C

ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

16.11.20 19:39 426
ÜST-ün baş direktoru: “Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq”

"Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru TedrosAdhanom Qebreyesus deyib.
"Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-ün baş direktoru bildirib.
O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: "Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.
banner

Oxşar Xəbərlər