• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

ÜST rəhbəri zəngin ölkələri peyvəndlərin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb

24.02.21 09:30 394
ÜST rəhbəri zəngin ölkələri peyvəndlərin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yüksək gəliri olan ölkələri koronavirus peyvəndlərinin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu çağırışı ÜST-nin Baş direktoru onlayn tədbirdə çıxışı zamanı edib.
A.Qebreyesus bildirib: "Dünyada COVID-19-a qarşı 210 milyon peyvənd edilib, lakin bunların yarısı yalnız iki ölkədə, digər yarısının isə 80 faizi 10 ölkədə istifadə edilib". Onun sözlərinə görə, 200-dən artıq ölkə hələ bir doza belə peyvənd istifadə etməyib.
Baş direktor qeyd edib ki, aprelin 7-si Ümumdünya sağlamlıq gününün mövzusu "daha sağlam və ədalətli dünyanın quruluşu" olacaq: "Lakin bu mövzunun sadəcə şüar deyil, reallıq olması üçün zəngin ölkələrin və vaksin istehsalçılarının təcili hərəkətə keçməsi lazımdır".
banner

Oxşar Xəbərlər