• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

ÜST: Pandemiya ilə mübarizə üçün texnologiya sahəsində yeni əməkdaşlıq başlayacaq

24.04.20 10:45 443
ÜST: Pandemiya ilə mübarizə üçün texnologiya sahəsində yeni əməkdaşlıq başlayacaq
Ümumdünya Səhiyyə Təşkilatı aprelin 24-ü koronavirus xəstəliyinin aşkarlanması və müalicəsi üzrə texnologiyaların hazırlanmasını sürətləndirməyə yönəlmiş yeni beynəlxalq təşəbbüsün başlanmasını elan edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbaut xidmətindən bildiriblər.
Qeyd edilir ki, ÜST və onun milli və qlobal tərəfdaşları "COVID-19-un qarşısının alınması, diaqnozu və müalicəsi üçün təhlükəsiz və effektiv texnologiyaların hazırlanması, istehsalı və istifadəsini sürətləndirmək üçün mühüm əməkdaşlığa başlayırlar". Bildirilir ki, bu texnologiyalar dünyada ehtiyacı olan hər kəs üçün əlverişli olmalıdır.
Məlumata əsasən, əməkdaşlığın başlanmasına həsr olunmuş tədbirdə ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus, BMT-nin, hökumətlərin yüksək səviyyəli nümayəndələri və səhiyyə idarələrinin rəhbərləri iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər