• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

30.06.20 10:45 512
ÜST koronavirusun sürətlə yayıldığını bildirib
Bəzi dövlətlərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyasının dünyada yayılması sürətlənir.
APAxəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
"Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşiblər. Əksər insanlarda virusa həssaslıq qalmaqdadır. Onun geriyə qayıtması üçün hələ də ehtimallar var. Acı reallıq ondan ibarətdir ki, vəziyyət hələ də tənzimlənməyib”, - deyə təşkilat rəhbəri bildirib.
banner

Oxşar Xəbərlər