ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 44 351 506 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 171 255 nəfəri vəfat edib.