• cümə, 26 Aprel, 03:19
  • Baku Bakı 16°C

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü

30.04.20 10:15 509
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötdü
Dünyada koronavirusdan demək olar, 208 min insan ölüb.
"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, COVID-19-a yoluxanların sayı3 018 952nəfər təşkil edir.
Təşkilatın son məlumatına görə, ötən bir gün ərzində virusa66 mindən çox yoluxma və5 376ölüm qeydə alınıb.
Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə1 406 899nəfərdə koronavirus aşkarlanıb, 129 mindən çox insan ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər