AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb

Təfsilat
14 Avqust 2020, 09:15 294
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 276 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Avqustun 13-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 276 398 nəfər yeni koronavirusa yoluxub, 6 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 20 439 814, ölənlərin isə 744 385 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 950 220 yoluxma və 398 229 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 668 652, ölənlərin sayı isə 218 255 nəfərə çatıb.
Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 830 404 yoluxma və 56 636 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.