• cümə axşamı, 18 aprel, 22:58
  • Baku Bakı 21°C

ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 202 mini ötdü

29.04.20 11:00 453
ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 202 mini ötdü
Dünyada koronavirusa yoluxanların sayı2 954 222nəfərdir.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada 202,5 mindən çox insan pandemiyanın qurbanı olub.
Qeyd edilir ki, son bir gün ərzində virusa 76 mindən çox yeni yoluxma və3 932ölüm qeydə alınıb.
Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə1 386 693 nəfərCOVID-19 infeksiyasına yoluxub, 126 mindən çox insan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər