• cümə axşamı, 28 mart, 12:40
  • Baku Bakı 16°C

ÜST azərbaycanlı alimin peyvənd dozaları ilə bağlı mövqeyini təsdiqlədi

10.04.21 13:45 1315
ÜST azərbaycanlı alimin peyvənd dozaları ilə bağlı mövqeyini təsdiqlədi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alimNuran Abdullayevin bir müddət əvvəl koronavirus əleyhinə vurulan birinci və ikinci doza peyvəndlərin müxtəlif şirkətlərə aid olmasının yolverilməz olduğu barədə söylədiyi elmi fikirlərini təsdiqləyib.
"Report"un məlumatına görə, təşkilat koronavirusa qarşı vaksinasiya çərçivəsində birinci və ikinci dozanın fərqli peyvənd preparatlarından seçilməsini tövsiyə etməyib. Beləliklə, ÜST vaksinasiya zamanı hər iki dozanın eyni istehsalçının peyvəndi əsasında vurulmasını tövsiyə edib.
Xatırladaq ki, N.Abdullayev bir neçə gün əvvəl İctimai Televiziyanın efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində müzakirələr zamanı koronavirus əleyhinə vurulan birinci və ikinci doza peyvəndlərin müxtəlif dərman vaksinlərinə aid olmasının yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, birinci doza hansı peyvənd vurulubsa, ikinci doza da eyni peyvənd vurulmalıdır. Azərbaycanlı alim deyib ki, birinci və ikinci doza peyvəndlərinin fərqli olması yolverilməz və absurddur. Bununla yanaşı, N.Abdullayev vaksinasiya zamanı bir ildən sonra vurulan ikinci peyvəndin fərqli şirkətə aid olmasının zərəri olmadığını qeyd edib.
banner

Oxşar Xəbərlər