• çərşənbə axşamı, 23 aprel, 17:40
  • Baku Bakı 24°C

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib - Fotolar

27.06.17 16:46 834
Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib - Fotolar
Srebrenitsadakı soyqırımda Hollandiya hərbçiləri qanunsuz olaraq, fəaliyyət göstəriblər.

"Report” Haber7-yə istinadən xəbər verir ki, bu, Hollandiya məhkəməsinin qərarında vurğulanıb.

Məhkəmənin qərarına əsasən, Hollaniya hərbçiləri Srebrenitsadakı qətllərin 30 faizinə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, 1995-ci il iyulun 11-dəBMT-nin əsasən Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.

BMT-nin Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbulu müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan, sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991 - 1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı 10 000-ə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədək azalıb. Şəhərin əhalisinin qalanı serbdir.






banner

Oxşar Xəbərlər