• cümə axşamı, 28 mart, 14:59
  • Baku Bakı 16°C

Spirtli içki qəbul etmir, amma həmin gecə içib

27.12.19 12:22 467
Spirtli içki qəbul etmir, amma həmin gecə içib
"Yuventus”un futbolçusu Kriştiaano Ronaldo mətbuata açıqlama verib.
Kaspi.az xəbər verir ki, Ronaldo hazırda olduqca yaxşı formada olduğunu bildirib. O, karyerasının ən vacib titulu haqda da danışıb:
"Hazırda ən yaxşı mənəm. İndi zəif tərəfim yoxdur. Baxaq görək, gələn il necə olacaq.
Karyeramın ən vacib titulu? Portuqaliya yığmasının heyətində Avropa çempionu olmağım. Həmin gecə heyrətamiz və unudulmaz idi. Onda xeyli ağlamışdım.
Heç vaxt spirtli içki qəbul etmirəm. Amma həmin gecə şampan içib. Çünki xüsusi bir hadisə baş vermişdi, karyeramın ən önəmli titulunu qazanmışdım”.
banner

Oxşar Xəbərlər