• cümə axşamı, 25 aprel, 12:44
  • Baku Bakı 23°C

Spiker Sabir Rüstəmxanlıya populist dedi

14.05.13 11:26 1737
Spiker Sabir Rüstəmxanlıya populist dedi
Milli Məclisin bu günkü iclasında çıxış edən Sabir Rüstəmxanlı Azərbaycanı Cənubi Azərbaycanla bağlı problemlərə diqqət yetirməyə çağırıb. Modern.az bildirir ki, onun sözlərinə görə, Cənubi azərbaycanlıların problemləri dövlət səviyyəsində müzakirə olunmalı və reaksiya verilməlidir. O, Azərbaycanı dövlət xətti ilə Güney Azərbaycandan tələbələri ali məktəbə çağırmaması və təhsil verməməsinə narazılıq edib. Bundan başqa o Güney Azərbaycan məsələsini prioritet məsələ kimi daim gündəmdə saxlmağa çağırıb. Sabir Rüstəmxanlının bu çıxışı spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb.
Oqtay Əsədov bildirb ki, Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılıarı Konqresinin sədri olduğundan belə çıxışlar etmək onun borcudur: “DAK sədri kimi belə çıxışlar etmək sizin borcunuzdur. Amma ölkəmizi burda zəif dövlət kimi göstərmək qəti düzgün deyil. Azərbaycan özünün ilk mübarizəsini hələ ki, başa çatdırmayıb. Biz 15 istiqamətdə mübarizə aparmalıyıq”. O, millət vəkilini populist çıxışlar etməkdə günahlandırb. Siz populist çıxışlar etməyi öyrənibsiniz, dövlətimizi zəif göstərmək cəhdləri yolverilməzdir”-deyə spiker bildirb.
banner

Oxşar Xəbərlər