• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

"S&P": Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artacaq

27.07.20 12:38 626
"S&P": Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artacaq
"S&P Global Ratings" agentliyi bu il Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ÜDM-ə nisbətinin 3,4 faiz bəndi artaraq 23,5% təşkil edəcəyini proqnozlaşdırır.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bu göstərici 2021-2023-cü illərdə tədricən azalacaq və müvafiq olaraq 22%, 20,6% və 20,1% təşkil edəcək.
Qeyd edək ki, ötən il ölkə iqtisadiyyatının əsas kapitalına yönəldilmiş vəsaitlər 17,18 mlrd. manat təşkil edib.
banner

Oxşar Xəbərlər