• cümə axşamı, 25 aprel, 21:22
  • Baku Bakı 21°C

“SOYUQ ÜRƏK 2” Park Cinemada təqdim olundu

29.11.19 17:02 1101
“SOYUQ ÜRƏK 2” Park Cinemada təqdim olundu
Məşhur Elza və Anna bacıları Bakıdakı balaca tamaşaçıların da qonağı oldular.Park Bulvar AVM-də yerləşən Park Cinema kinoteatrnda Disney istehsalı olan "Soyuq ürək 2” cizgi filminin xüsusi nümayişi keçirildi.
Nümayişin əsas iştirakçıları təbii uşaqlar idi. Təqdimatda balacalar üçün maraqlı şou proqram hazırlanmışdı. Uşaqlar sehrbazların çıxışını izlədilər, oynayıb-əyləndilər.Cizgi filminin əsas personajları Anna və Elzanınobrazını yaradan xanımların təqdimatda iştirakı da uşaqları çox sevindirdi.
Təqdimatdan əvvəlPark Cinemada uşaqlar üçün nəzərdə tutulmuş "Kids Hall”un açılışmərasimi də keçirildi. Mərasimdəmedia nümayəndələri, bloggerlər, "Ümid Yeri Uşaq Evi”nin balaca sakinləriiştirak edirdilər.
Cizgi filmidə balaca tamaşaçıların gözləntilərini aldatmadı. "Soyuq ürək 2”də şahzadə Elza və Annanın növbəti sərgüzəştləri yer alıb. Bu dəfə şahzadə qızlar valideynləri haqqında həqiqəti öyrənirlər. Məlum olur ki, vaxtilə onların ata və anası iki düşmən xalqın nümayəndəsi olublarmış. Amma sonradan Elzanın anasının qəhrəmanlığı bu düşmənçiliyə son qoyub və nəticədə meşə ruharı Elzaya sehrli güclər bəxş edib. Həqiqət axtarışına gedən yolda qızlara cəsurKristof, maral Sven və pozitivliyi ilə seçilən qar adamı Olafda yol yoldaşılığı edib.
Ekran işinin müəllifləri - Jennifer Li, Chris Buck, Marc Smith-dir. Cizgi filmiPark Cinema kinoteatrlar şəbəkəsində nümayiş etdirilir.




banner

Oxşar Xəbərlər