Şoyquya yalvaranların mənəvi-psixoloji məğlubiyyəti daha böyükdür
Aprel döyüşləri həm Ermənistanın
təcavüzkar siyasətini ifşa etdi, həm də Azərbaycan ordusunun nəyə qadir
olduğunu göstərdi
2016-cı ildə cəbhə xəttində Ermənistana ağır zərbənin vurulduğu Aprel döyüşləri ilə bağlı zaman-zaman dəqiqləşdirilmiş məlumatlar mediada yer alır. Bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov açıqlaması zamanı bildirib ki, Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi:
"2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xətdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.
BƏXTİYAR
2016-cı ildə cəbhə xəttində Ermənistana ağır zərbənin vurulduğu Aprel döyüşləri ilə bağlı zaman-zaman dəqiqləşdirilmiş məlumatlar mediada yer alır. Bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov açıqlaması zamanı bildirib ki, Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi:
"2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xətdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.
Göründüyü
kimi, 2016-cı ildə ermənilərin yalvaracağı, üz tutacağı ölkə var idi. Lakin
zaman keçdikcə, Rusiya-Ermənistan münasibətləri soyumağa başladı. Bu gün ermənilər
üçün belə bir xahiş limitini bitmiş hesab etmək olarmı?
Mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq
Nəzakət Məmmədova bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir
çox beynəlxalq, regional ölkələrin və münaqişə tərəflərinin, eləcə də
münaqişədə maraqlı olan dövlətlərin siyasətində köklü dəyişikliklər baş
verməlidir: "Beynəlxalq şərait elə dəyişməlidir ki, münaqişənin həlli - buna
mane olan, indiki status-kvonu saxlamaqda maraqlı olan dövlətlərin, ayrı-ayrı
qüvvələrin və müəyyən güc mərkəzlərinin qeyri-konstruktiv mövqe tutmalarına
baxmayaraq, labüd olsun. Danışıqların sülh müqaviləsi ilə başa çatması üçün
burada güc balansı tərəflərdən birinin, konkret olaraq ABŞ-ın xeyrinə
dəyişməlidir. Onsuz da real olaraq vəziyyətə Rusiya nəzarət edir, Ermənistan da
ondan asılıdır. Hüquqi baxımdan danışıqlar ATƏT-in mandatı altındadır və güc
balansı Rusiyanın zərərinə pozulduğu halda, irəliləyiş gözləmək olar. Nə qədər
ki Rusiya beynəlxalq siyasətdə öz sözünü deyə bilir və lazım gəldikdə hərbi
vasitələrlə öz milli maraqlarını həyata keçirə bilir, onun həllində maraqlı
olmadığı hər hansı məsələ çətin ki, həll oluna. Bu, Rusiyanın imperiya
təfəkküründən irəli gələn məsələdir və o, artıq 300 ildir ki, Qafqazı öz maraq
dairəsi hesab edir. Qarabağ məsələsinin həlli üçün, əvvəla, bu təfəkkür
dəyişməlidir. Lakin yaxın illərdə bu, inandırıcı görünmür. Yaxud regionu könüllü
tərk etməsə, məcburi şəkildə etməlidir. Bu da inandırıcı görünmür, çünki Rusiya
SSRİ kimi fövqəldövlətin varisidir, nüvə silahı var, hərbi potensialı çox
güclüdür və s. Odur ki, beynəlxalq təşkilatların burada məcburetmə və
təhriketmə mexanizmləri olmadığı üçün yalnız müəyyən vasitələrlə təsir
göstərməyə çalışa bilərlər”.
N.Məmmədova
vurğuladı ki, beynəlxalq təşkilatlar Qafqazı öz təsir zonası hesab edən Rusiya
ilə hesablaşdığı üçün Qarabağ məsələsində proseslər onun istədiyi şəkildə
cərəyan etməkdədir: "Rusiyanın istədiyi isə nə hərb, nə sülhdür. Münaqişə
tərəfləri olan Ermənistan və Azərbaycanın ondan asılı olması üçün Qarabağ
de-yure Azərbaycana, de-fakto Ermənistana məxsus olmalıdır. Aprel döyüşlərində
bu status-kvo dəyişə bilərdi və bu, Rusiyanın planlarına uyğun deyildi, ona
görə də Lavrovun və Şoyqunun müdaxilə etməsi variantı istisna edilmir. Rusiyada
prezident Putin təkbaşına qərarlar vermir, heç şübhəsiz. Beyin mərkəzləri,
hərbi-sənaye kompleksi, hərbi kəşfiyyat, diplomatiyanın əsas strategiyasını
müəyyən edən mərkəzlər və s. ilə hesablaşmağa məcburdur. Onlar isə indiki
şəraitdə postsovet ərazilərini işğal edə bilmirlər, çünki buna beynəlxalq aləm
imkan verməz, tək Krımın işğalına görə illərdir sanksiyalar davam edir. Ona
görə də bu əraziləri öz nüfuz dairəsi elan edib, burada gedən proseslərə
müdaxilə edərək yönləndirirlər. Rusiyaya qarşı heç bir güc mərkəzi postsovet
ölkələrinin yanında etibarlı şəkildə yer almayıb, ona görə də onun tələblərini
nəzərə almağa məcburdurlar”.
Hərbi ekspert, ehtiyatda olan
polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Ermənistanın Aprel
döyüşləri ilə bağlı bir sıra məqamları gizlətməsinin başlıca səbəbi daxili
ictimai rəydən ehtiyat etmələri ilə bağlıdır: "Qarabağ problemi Ermənistanda
bütün hakimiyyətlər və siyasi qüvvələr üçün hər zaman spekulyasiya mənbəyi
olub. Hakimiyyətlərin dəyişməsi həmin məsələyə yanaşmada formanı dəyişsə də,
məzmun və mahiyyəti dəyişməyib. Aprel döyüşlərində ermənilərin itkiləri çox böyük
həcmdədir”.
İ.Rüstəmli
qeyd etdi ki, Aprel döyüşləri həm Ermənistanın təcavüzkar siyasətini ifşa etdi,
həm də Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi: "Üstəlik, ermənilərin
özləri ilə bağlı yaratdıqları mifləri də darmadağın etdi. Bilirsiniz ki, orda
"Ohanyan səddi” vardı. Bunun adını ermənilər qoymuşdu və keçilməsi mümkün
olmayan sədd sayırdılar. Azərbaycan ordusunun şəxsi heyəti qəhrəmanlıq
göstərərək, bir neçə saat ərzində həmin "səddi” darmadağın etdi. Bununla da
Ermənistana sübut olundu ki, onların özləri haqda yaratdıqları rəvayətlər
əslində heç bir reallığa cavab vermir. Aprel döyüşlərinə yalnız cəbhənin ön
xəttindəki itkilərlə qiymət vermək olmaz. Ümumi kontekstdə yanaşsaq, biz həmin
itkiləri bəlkə də 100 minlərlə hesablaya bilərik. Həmin döyüş ermənilərin özünə
inamını sarsıtdı, ordularında xof və vahimə yaratdı. Onlar uzun illəri idi
qazandıqları müəyyən müvəqqəti nailiyyətləri öz aləmlərində Azərbaycan
Ordusunun "zəifliyi” ilə izah edirdilər. Həmin döyüşlər əsl reallığı üzə
çıxardı. Biz bacardığımız qədər həmin qəhrəmanlıq salnaməsini oxuculara
çatdırmalıyıq. Müharibə yalnız səngərdə getmir. Bunun ən vacib olan psixoloji
aspekti var. Düşünürəm ki, Aprel döyüşləri bizim orduya həm də psixoloji
üstünlük verdi. Ermənistan isə bu aspektdə xeyli sarsıldı. Onların həm canlı
qüvvə, həm də texnika sarıdan itkilərinin çox olması təbiidir. Çünki döyüşlərin
mahiyyəti də bunu deməyə əsas verirdi. Ermənistan daxili ictimai rəyi bütün
detalları yaxşı bilir. Hakimiyyət bunu nə qədər gizlətsə də, mahiyyət aydındı.
Həmin döyüşlər böyük qələbələrin müjdəsini bizə verən bir qaranquş rolunu da
oynadı. Hesab edirəm ki, müdafiə nazirinin ifadə etdiyi fikirlər reallığı əks
etdirir, ancaq ermənilərə vurulan mənəvi-psixoloji zərbəni daha ağır sayıram”.
BƏXTİYAR