AZE | RUS | ENG |


“Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib

“Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə "Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbliqanunun icrası barədə danışaraq bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq bir necə məsələni ortaya qoyub.
 
O qeyd edib ki, qanunda sosial işçi ilə sosial xidmətçilərin işinin ayrı olduğu qeyd olunub: "Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb, buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır: "Bu gün uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib.  Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı  12 mindən çoxdur”.
 
Dinləmələr ekspertlərin çıxışları ilə davam edib.
 
Tədbirdə "Sosial işçinin bir günü” adlı film də nümayiş olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.2098
TRY 1 Türk lirəsi 0.4785
KWD 1 Küveyt dinarı 5.6018
SEK 1 İsveç kronu 0.1966
EUR 1 Avro 1.9133
CHF 1 İsveçrə frankı 1.7509
USD 1 ABŞ dolları 1.7021