• cümə, 19 Aprel, 22:08
  • Baku Bakı 24°C

"Sosial sfera dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirilib"

22.05.20 12:52 425
"Sosial sfera dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirilib"
"Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sfera dövlət siyasətinin əsas prioriteti kimi müəyyənləşdirilib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev "Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi", - deyə bildirib. Bu sosial paketin əhatə dairəsi çox geniş olmuşdur".
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
M.Həsənov bildirib ki, 2019-cu ilin əvvəlindən başlayaraq iki mərhələdə reallaşdırılan böyük sosial paketdən 4 milyon 200 min insan bəhrələnib. Böyük maliyyə tutumuna malik olan sosial islahatlar çərçivəsində minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında lider dövlətdir. Həmçinin əhalinin ayrı-ayrı kateqoriyalarına verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 2 dəfə. Ötən il respublikamız yenə də liderlik keyfiyyəti nümayiş etdirərək problemli kreditlərlə bağlı məsələnin həllinə nail olub. Bütün bu kimi tədbirlər milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşmasında, gəlir imkanlarının artmasında öz əksini tapıb. May ayının 19-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib: "Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir".
Millət vəkilinin sözlərinə görə, respublikamızda cari ildə də dərinməzmunlu sosial siyasətin ardıcıllığı təmin edilir. Bütövlükdə, 2020-ci ildə sosial sahədə görülən işlər ötən il həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, respublikamız pandemiya şəraitində yaşayır və öz gündəliyini də bundan irəli gələn çağırışlara uyğun müəyyənləşdirib. O cümlədən respublikamızda sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılıb. Ölkəmizdə pandemiya şəraitində kifayət qədər əhatəli olan məşğulluq və sosial rifaha dəstək proqramı reallaşdırılır.
"Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib, eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Respublikamızda pandemiya şəraitində dövlətdən 190 manat məbləğində sosial yardım alan insanların sayı Prezident İlham Əliyevin təşəbbüsü ilə 200 mindən 600 minə çatdırılıb. Ölkəmizdə 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Respublika üzrə 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramının reallaşdırılmasında yaxşı nəticələr qazanılır. Cari ildə ölkə üzrə 12 min insanın bu proqrama qoşulması nəzərdə tutulub. Prezident İlham Əliyev ölkəmizdə pandemiya şəraitində heç bir sosial proqramın ixtisara salınmadığına diqqət çəkərək vurğulayıb: "Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır""-deyə, M.Həsənov vurğulayıb. yap.org.az
banner

Oxşar Xəbərlər