• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

Sosial şəbəkələrdən çirkin məqsədlərlə istifadə edənlərlə qanuni mübarizə gücləndirilməlidir

31.07.20 13:30 539
Sosial şəbəkələrdən çirkin məqsədlərlə istifadə edənlərlə qanuni mübarizə gücləndirilməlidir
Bu gün yeni texnologiyalar, o cümədən sosial şəbəkələr insanlar üçün geniş kommunikasiya imkanları açır, ancaq əfsuslar olsun ki, bu geniş imkanlar ermənipərəst dairələr və bədxaq qüvvələr tərəfindən ölkəmizə qarşı "mənəvi terror” vasitəsi kimi istifadə olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, İKT-dən və sosial media platformalarından ölkəmizdə geniş istifadə düşmənlərimizə elektron rabitə xətlərimizə intensiv hücumlar həyata keçirmələri və vətəndaşlarımıza birbaşa təsir etmələri üçün əlverişli fürsətlər verir:
"2016-cı ilin aprel döyüşləri zamanı və sonrakı mərhələdə, həmçinin iyul ayında Tovuz rayonu istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, bəzən insanlar bilməyərəkdən bu tələyə düşür və ölkəmizdə qarşı aparılan bu çirkin oyunun iştirakçısına çevrilirlər.
Belə ki, bu hadisələr zamanı Azərbaycanda və xaricdə yaşayan sosial media istifadəçilərinin müəyyən bir qismi erməni xüsusi xidmət orqanlarının və ermənipərəst qüvvələrin əlaltılarına çevrilmiş bəzi azərbaycanlı jurnalist, bloger və digərlərinin apardıqları dezinformasiya, əks-təbliğat və qara piyar (PR) kimi kampaniyalarının qurbanı oldu və bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuolunmaz mətnlərin təbliğatçısına çevrildilər.
Əlbəttə ki, burada düşmənin məqsədi saxta və yalan məlumatlar yaymaqla, faktları təhrif etməklə cəmiyyəti çaşdırmaq, insanların mübarizə əzmini zəiflətmək, Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməkdir.
Hesab edirəm ki, burada hər kəs diqqətli olmalı, sosial şəbəkələrdən istifadə zamanı paylaşdıqları mətnləri, fotoları diqqətlə nəzərdən keçirməli və düşmənin istifadə edə biləcəyi hər hansı bir materialı paylaşmamalıdır”.
Deputat hesab edir ki, sosial şəbəkələrdən çirkin məqsədlərlə istifadə edənlərələ mübarizə metodlarından biri də sosial media platformalarında qanunsuz, saxta, təhrif olunmuş məlumatların yayılması, paylaşımların edilməsinə qarşı qanuni tədbirlərin görülməsidir:
"Bəzən insanlar sosial şəbəkələr üzərində nəzarəti insan hüquqlarına müdaxilə kimi dəyərləndirir. Ancaq nəzərə alınmalıdır ki, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı xeyli mənfi tərəfləri də var. Heç kimə sirr deyil ki, sosial şəbəkələr üzərindən məişət və cinsi zorakılığının, narkotik vasitə və psixotrop maddələrin istifadəsinin, insan alveri və yüngül həyat tərzinin, o cümlədən cəmiyyət üçün təhlükəli mənbəyi olan digər məsələlərin aktiv təbliği aparılır. Bu baxımından əvəzolunmaz platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün də geniş imkanlar yaradır.
Artıq bir sıra ölkələrdə sosial şəbəkələrlə bağlı qanunlar və aktlar qəbul olunub. Belə ki, həmin ölkələrdə sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı qanuni yolla alınır. Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda bu sahədə böyük boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca isitfadə edərək öz məkrli fəaliyyətlətlərini həyata keçirirlər.
Hesab edirəm ki, ölkəmizdə də bu cür qanuni tədbirlərin həyata keçirilməsi üçün kifayət qədər əsaslar var və bu artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Bu baxımdan düşünürəm ki, ölkəmizə qarşı bu təhdidlərin önlənməsi üçün qanunvericiliyə yenidən baxılmalı və müvafiq addımlar aılmalıdır”.
banner

Oxşar Xəbərlər