• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Sosial şəbəkələrdəki təhqirlərə qarşı sistem

25.06.20 11:23 788
Sosial şəbəkələrdəki təhqirlərə qarşı sistem
İngiltərə Premyer Liqasının rəhbərliyi sosial şəbəkələrdə futbolçuların, məşqçilərin, onların ailə üzvlərinin təhqir olunmasının qarşısını almaq niyyətindədir.
Kaspi.az xəbər verir ki, Bu təhqirlərin qarşısını almaq üçün sistem quraşdırılacaq. Bu sistem vasitəsilə sosial şəbəkələrdəki təhqirlərlə bağlı xəbərdarlıq gələcək.
Hər bir xəbərdarlıq araşdırılacaq, müvafiq sosial şəbəkənin diqqətinə çatdırılacaq və lazım gələrsə, hüquqi proses başladılacaq.
Premyer Liqanın icraçı direktoru Riçard Masters məsələ ilə bağlı açıqlama verib:
"İnternetdə təhqir, diskriminasiya hər hansı bir təzahürdə qəbuledilməzdir və bu problemin həlli prioritet olmalıdır. Oyunçuların və ailələrinin dəhşətli ayrı-seçkilik mesajları aldıqları hallar çoxdur”.
banner

Oxşar Xəbərlər